
Azərbaycan DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə heç-heçə edib
Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində ikinci oyununu sentyabrın 9-da keçirib. İslandiyaya uduzduqdan sonra bu komanda əvvəllər heç bir rəsmi oyun keçirmədiyi Ukrayna ilə oynayıb.
Bakıdakı “Tofiq Bəhramov “adına stadionda keçirilən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Baş hakim Vasilis Fotias (Yunanıstan) olub.
Komandalar ikinci hissədə qol mübadiləsi aparıb və güclüləri müəyyən edə bilməyiblər. Georgi Sudakovun dəqiq zərbəsinə komandamız Emin Mahmudovun penaltidən vurduğu qolla cavab verdi.
DÇ-2026-nın seçmə mərhələsinin ilk tur matçında Azərbaycan İslandiyaya (0:5), Ukrayna isə Fransaya (0:2) uduzub.
Bununla da Azərbaycan ilk xalını qazanıb və öz qrupunun turnir cədvəlində sonuncu yerdədir.
Almaz Həsənli