İsrail Yəməndə Husilərə yenidən zərbələr endirib

İsrail Yəməndə Husilərə yenidən zərbələr endirib

10:18
Bəyəndim (1) Bəyənmədim (0)

İsrail Yəmənin iranyönlü Ənsar Allah (Husi) qruplaşmasının yaraqlılarının nəzarətində olan paytaxtı Səna şəhərinə yenidən zərbələr endirib. Husi yaraqlılarının düşərgələrinin yerləşdiyi yerlər vurulub. Bu barədə Times İsrael xəbər verir.

İsrail ordusunun bəyanatında deyilir ki, zərbələr yaraqlıların düşərgələrini, husilərin təbliğat qərargahını və Sənadakı yanacaq anbarını və paytaxtın şimalındakı Əl-Cəvf bölgəsini hədəf alıb.

“Təbliğat qərargahı... mediada təhrik və təbliğat xarakterli mesajların, o cümlədən lider Əbdül-Malikin çıxışları və sözçüsü Yəhya Sarının bəyanatlarının yayılmasına cavabdehdir... Müharibə zamanı qərargah rejimin təbliğatına və psixoloji terroruna rəhbərlik edirdi”, - deyə məlumatda bildirilir.

Əməliyyatda 10 təyyarə iştirak edib və onlar 15 husi hədəfinə 30-dan çox bomba atıblar. Husilərin “hücumun dəf edilməsi” iddialarına baxmayaraq, bir sıra hədəflərin məhv edildiyini göstərən video və fotolar internetdə yayılıb.

İsrailin müdafiə naziri Katz da zərbəyə münasibət bildirib. Onun sözlərinə görə, xeyli sayda yaraqlının toplaşdığı husi düşərgələri məhv edilib.

Əziz Mustafa