Kriştianu Ronaldu dünya çempionatının seçmə oyunlarında qol vurmaq üzrə dünya rekordunu təkrarlayıb

Kriştianu Ronaldu dünya çempionatının seçmə oyunlarında qol vurmaq üzrə dünya rekordunu təkrarlayıb

12:40
Bəyəndim (1) Bəyənmədim (0)

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu və kapitanı Kriştianu Ronaldu Macarıstanla 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsində (3:2) penaltini dəqiq yerinə yetirərək adını tarixə yazdı.

Oxumani.Az-ın “Çempionat”a istinadən verdiyi xəbərə görə, bu qol sayəsində 40 yaşlı Kriştianu mundialın seçmə mərhələsində 39-cu qolunu vuraraq eyni sayda qol vuran qvatemalalı Karlos Ruisin rekordunu təkrarlayıb. Üçüncü yerdə 36 qolu olan Argentina millisinin ulduz hücumçusu Lionel Messi qərarlaşıb.

Ronaldu 18 yaşında Portuqaliya millisində debüt edib. Bu, 2003-cü il avqustun 20-də Qazaxıstanla yoldaşlıq oyununda (1:0) baş verib. Hücumçu millinin heyətində ilk qolunu Avro-2004-ün qrup mərhələsində Yunanıstanla matçda (1:2) vurub.

Almaz Həsənli