Miqrant uşaqların 87%-i Rusiya məktəblərinə qəbul edilməyib

Miqrant uşaqların 87%-i Rusiya məktəblərinə qəbul edilməyib

16:11
Bəyəndim (2) Bəyənmədim (0)


Rosobrnadzor bildirib ki, miqrant uşaqların 87%-i rus məktəblərinə yazıla bilməyəcək. Oxuməni.az xəbər verir ki, bu barədə “Kommersant.ru” idarəyə istinadən məlumat yayıb.
İdarədən izah ediblər ki, aprel-avqust aylarında xarici vətəndaşlığı olan 23,6 min uşaq üçün məktəbə sənəd verilib. Lakin onlardan yalnız 8,2 mini sınaq üçün göndərilib, qalanlarında sənəd paketləri ilə bağlı problemlər olub.
Test imtahanında 5,9 min uşaq iştirak edib, onlardan 2,9 min nəfəri müvəffəqiyyətlə keçib (məktəbə qəbul olunmaq üçün sənədləri təqdim olunan uşaqların sayının 50 faizi və ya ümum uşaqların sayının 12,6 faizi).
Rus dilini bilməsi üzrə məcburi testdən keçməli olan miqrant uşaqlar haqqında qanun 1 aprel 2025-ci ildə qüvvəyə minib. Testin qiyməti beşballıq şkala üzrə verilir. Uşağın testdən uğurla keçməsi üçün "qənaətbəxş" (üç) qiymət alması lazımdır.
Almaz Həsənli