МАQАТE və İran yoxlamalar məsələsində razılığa gəliblər

МАQАТE və İran yoxlamalar məsələsində razılığa gəliblər

14:14
Bəyəndim (2) Bəyənmədim (0)


Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA, МАQАТE) baş direktoru Rafael Qrossi bildirib: "Biz İranla yoxlama fəaliyyətinin bərpası yolları barədə razılığa gəldik - bu, mühüm addımdır".
Bildirilir ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıq haqqında yeni çərçivə sazişi imzalayıb.
Bu, Misirin Qahirə şəhərində İranın xarici işlər naziri Abbas Ərakçi və BAEA-nın baş direktoru Rafael Qrossi tərəfindən rəsmiləşdirilib. Bu barədə “AFP” informasiya agentliyi xəbər verib.
Qrossi razılığı "doğru istiqamətdə mühüm addım" adlandırıb, Ərakçi isə vurğulayıb ki, razılığın çərçivəsi İranın əməkdaşlığı məhdudlaşdıran qanunvericiliyinə uyğundur və İran İslam Respublikasının hüquqlarını qoruyur.
Almaz Həsənli