
Aİ-dəki ukraynalı qaçqınların sayı avqustun əvvəlinə 4,34 milyona çatıb
Aİ-dəki ukraynalı qaçqınların sayı avqustun əvvəlinə 4,34 milyona çatıb. Onların əksəriyyəti Almaniya, Polşa və Çexiyadadır.
Avqustun 1-nə Aİ-də Ukraynadan olan qaçqınların sayı 4,34 milyon nəfər təşkil edib. Bu barədə Avropa Komissiyasının statistika agentliyi - Eurostat məlumat yayıb.
"Ukrayna ərazisindən Aİ-yə qaçan Aİ vətəndaşı olmayanların sayı 4,34 milyon nəfərə çatıb", - agentlik bildirib.
İyulda onların sayı 28,7 min nəfər və ya 0,7% artıb.
Onların əksəriyyəti Almaniyada - 1,2 milyon, Polşada - 993 min və Çexiyada - 380 mindir.
Əziz Mustafa
Digər xəbərlər