
ABŞ köhnəlmiş "Boeing" nüvə raketlərinin xidmət müddətini 2050-ci ilə qədər uzada bilər
Bloomberg xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin rəsmiləri Hökumət Hesabatlılıq Ofisinə bildiriblər ki, "Minuteman" III qitələrarası ballistik raketlərinin (ICBM) xidmət müddəti Amerika nüvə triadasının yenilənməsi prosesində gecikmələr səbəbindən 2050-ci ilə qədər uzadıla bilər.
"Sentinel-in buraxılışındakı gecikmələr o deməkdir ki, Hərbi Hava Qüvvələri köhnə "Minuteman III"ü planlaşdırıldığından daha uzun - bəlkə də əhəmiyyətli dərəcədə uzun müddət istifadə etməli olacaq" dedi. Hərbi Hava Qüvvələri auditorları əmin edib ki, “Minuteman III” 2050-ci ilə qədər xidmətdə qala bilər. Bununla belə, hərbi rəhbərlik raketlərə və buraxılış siloslarına daxil olan elektronika ilə bağlı risklərin olduğunu qeyd edib.
"Minuteman III" raketləri 1970-ci illərdən ABŞ ordusunda xidmətdədir. İndi onları "Northrop Grumman"ın ən son "Sentinel" ICBM-ləri ilə əvəz etmək istəyirlər. Hazırkı plan bütün "Boeing" raketlərinin 2039-cu ilə qədər dəyişdirilməsini nəzərdə tutur.
Əziz Mustafa