
BMT 2026-cı il büdcəsini 500 milyon dollar azaltmağı planlaşdırır
BMT-nin baş katibi Antonio Quterreş üzv dövlətlərə ünvanladığı məktubda BMT-nin 2026-cı il büdcəsinin 2025-ci ilə qədər 15% azaldılmasını təklif edib.
“BMT 2026-cı il büdcəsinin təxminlərini nəzərdən keçirməyi başa çatdırıb: xərclərin 500 milyon dollardan çox azaldılması təklif edilir”, - bəyanatda deyilir.
Məktubda Quterreş qeyd edib ki, resurs bölgüsü təhlili BMT Nizamnaməsinin üç sütununu tarazlaşdırır: sülh və təhlükəsizlik, insan hüquqları və davamlı inkişaf. İxtisarlar sülhməramlı missiyaya dəstək büdcəsinə də təsir edəcək Digər şeylərlə yanaşı, o, bəzi funksiyaların Nyu-York və Cenevrədən daha ucuz yerlərə köçürülməsini təklif edir. 2027-ci ilə qədər BMT Nyu-Yorkda iki binanın icarəyə verilməsini dayandırmağı planlaşdırır.
BMT-nin İnzibati və Büdcə Məsələləri üzrə Məşvərət Komitəsi bu həftənin sonunda təklifləri nəzərdən keçirəcək. Komitə daha sonra öz tövsiyələrini Baş Assambleyanın Beşinci Komitəsinə göndərəcək, orada bütün 193 üzv dövlət 2025-ci ilin dekabrına qədər yekun qərar qəbul edəcək.
Qərb mediası BMT-nin bir neçə ildir maliyyə problemi ilə üzləşdiyini qeyd edib. Bu onunla əlaqədardır ki, bütün ölkələr təşkilatın saxlanması üçün vəsaiti tam həcmdə köçürmür. Bəzi hallarda vəsait köçürülür, lakin gec.
BMT üçün əlavə problem ABŞ-da Donald Trampın hakimiyyətə qayıdışı olub. O, dəfələrlə bəyan edib ki, BMT-ni səmərəsiz hesab edir və buna görə də ona çox pul xərcləmək istəmir.
Əziz Mustafa