Türkiyə hakimiyyəti yerli istehsal nüvə reaktorunun inkişafı proqramına başlayır

Türkiyə hakimiyyəti yerli istehsal nüvə reaktorunun inkişafı proqramına başlayır

11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə hakimiyyəti yerli istehsal nüvə reaktorunun inkişafı proqramına başlayır. Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacir, müraciətlərin ilin sonuna qədər qəbul ediləcəyini söylədi.

"Başladığımız proqram ölkənin enerji təhlükəsizliyini gücləndirəcək, xarici mənbələrdən asılılığı azaldacaq və bizi sıfır emissiya hədəfinə yaxınlaşdıracaq. Biz Türkiyə sənayesinin imkanları əsasında yüksək texnologiyalı reaktorlar yaratmaq niyyətindəyik", - nazir NSosyal sosial şəbəkəsində yazıb.

Müsabiqədə iştirak etmək üçün ərizələr 31 dekabr 2025-ci il tarixinədək qəbul ediləcək.

Əziz MUSTAFA