Ukrayna və Almaniya 1,2 milyard avro dəyərində silah təchizatı müqavilələri imzalayıblar

Ukrayna və Almaniya 1,2 milyard avro dəyərində silah təchizatı müqavilələri imzalayıblar

12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Almaniya ilə ümumi dəyəri 1,2 milyard avro olan bir sıra silah təchizatı və birgə istehsal müqavilələri imzalayıb. Bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıxal məlumat verib.

O, Telegram kanalında yazıb: "Alman tərəfdaşları ilə 1,2 milyard avrodan çox dəyərində bir sıra yeni vacib müqavilələr imzalanıb.

Şmıxalın sözlərinə görə, müqavilələrə Patriot sistemləri üçün ehtiyat hissələrinin uzunmüddətli təchizatı, ayrılmış vəsait hesabına Ukrayna dronlarının alınması, PUA-ların birgə istehsalı, 200 Boqdan özüyeriyən artilleriya qurğusunun yaradılması və ən müasir elektron müharibə sistemlərinin təchizatı daxildir.

Dekabrın 15-də Almaniya kansleri Fridrix Merts Almaniyanın 2022-ci ilin fevral ayından bəri Ukraynaya hərbi dəstəyə 40 milyard avro, mülki yardıma isə əlavə 36 milyard avro xərclədiyini açıqladı. O, Berlinin 2026-cı ildə Kiyevə əlavə 11 milyard avro hərbi dəstəyə ayıracağına söz verdi.

Əziz Mustafa