ABŞ və İran danışıqların başlanması üçün hələlik planları yekunlaşdırmayıblar
Vaşinqton və Tehran hələ İsveçrədə ikitərəfli anlaşma memorandumunun imzalanması və texniki danışıqlara başlamaq planlarını yekunlaşdırmayıblar. ABŞ vitse-prezidenti J.D. Vensin sözçüsü iyunun 18-də jurnalistlərə bildirib.
Vensin mətbuat qrupuna görə, sözçü deyib: "Vitse-prezidentin mətbuat konfransında bildirdiyi kimi, qarşıdan gələn texniki danışıqlar üçün planlar hələ yekunlaşdırılmayıb və ABŞ nümayəndə heyəti ən qısa zamanda yola düşməyə hazırdır. Lakin bu danışıqların logistik aspektləri heç vaxt sadə və ya proqnozlaşdırıla bilən olmayıb".
Bəyanatda ABŞ vitse-prezidentinin 18 iyun axşamı, Şərq vaxtı ilə İsveçrəyə səfər etməyi planlaşdırmadığı aydınlaşdırılıb. Onun nümayəndəsi qeyd edib ki, Vaşinqton bu danışıqlara mümkün qədər tez başlamağı gözləyir.
Əziz Mustafa






























.jpg)
.jpg)
.jpg)


















































