İran Hörmüz boğazından keçid üçün rüsumları ləğv edib
İran Hörmüz boğazından keçən gəmilər üçün 60 günlük rüsumları ləğv edəcək. Keçidlə bağlı bütün xərclər İslam Respublikası hökuməti tərəfindən ödəniləcək.
Oxuməni.az-ın TASS-a istinadən verdiyi məlumata görə, ölkənin Ali Milli Təhlükəsizlik Şurası bu barədə məlumat verib.
Boğazdan keçən bütün gəmilər hələ də İranın Fars Körfəzi Təhlükəsizlik İdarəsinə (PGSA) müraciət etməlidirlər, lakin bunlar dərhal işlənəcək.
Bundan əlavə, İran İslamabad Anlaşma Memorandumunun 5-ci bəndinə uyğun olaraq Hörmüz boğazından minaların təmizlənməsi üçün tədbirlər görəcək. Gəmilərə göstərilən vaxtlara və marşrutlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur ki, bu da tədricən keçid qabiliyyətini artıracaq və sularda təhlükəsizliyi təmin edəcək.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp İran limanlarının blokadasının qaldırılmasını əmr etmişdi. Lakin Amerika gəmiləri Fars körfəzində və Oman körfəzində fəaliyyətini davam etdirəcək. Onlar təhlükəsizliyi və razılaşmalara riayət olunmasını izləyəcəklər.
Almaz Həsənli














































.jpg)
.jpg)
.jpg)


































