Tay Keith ABŞ-da 29 yaşında mənzilində ölü tapılıb
Amerikalı musiqi prodüseri Britavius Leykit Çambers, daha çox Tay Keith təxəllüsü ilə tanınan, reperlər Trevis Skott (Jak Berman Webster II) və Dreyk (Aubrey Drake Graham) üçün hitlər üzərində işləmiş, 29 yaşında vəfat edib.
Oxuməni.az xəbər verir ki, bu barədə iyunun 18-də Nəşvill şəhər polisinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün günortadan sonra polis əməkdaşları tərəfindən səhhətinə baxış keçirilərkən mənzilində ölü tapılıb. Ölümün səbəbi hələlik müəyyən edilməyib", - deyə X (keçmiş Twitter) hesabında edilən paylaşımda bildirilir.
Polis zorakılıq əlamətləri aşkar etməyib. Musiqiçinin ölümünün dəqiq səbəbini məhkəmə-tibbi ekspertlər müəyyən edəcək.
Tay Keith, 2019-cu ildə "Qremmi" mükafatına namizəd göstərildiyi reper Trevis Skottun "Sicko Mode" hitinin üzərindəki işi ilə geniş tanınıb. Prodüser həmçinin Kardi Bi, Eminem, Beyonsé, Dreyk və digər dünya ulduzları ilə əməkdaşlıq edib.
2025-ci ildə "Forbes" jurnalı Tay Keith-i "Musiqi" kateqoriyasında "30 yaşdan aşağı 30" siyahısına daxil edib. Bir il əvvəl o, BMI Awards mükafatında ilin prodüseri seçilib.
Musiqiçinin İnstaqramda son paylaşımı mayın 7-nə aiddir. Bu paylaşımda o, Chris Brown-un Sexy Red və Glorilla ilə birgə yazdığı "Call Your Name" mahnısının çıxması barədə danışıb.
Tay Keith Memfisdə anadan olub. 2018-ci ildə prodüser Orta Tennessi Dövlət Universitetini bitirib. Bir müsahibəsində o, ilk hit mahnısı hit paradlarda birinci yerə çıxdıqdan sonra belə təhsilini başa vurmağa və diplom almağa qərar verdiyini bildirib.
Almaz Həsənli















































.jpg)
.jpg)
.jpg)

































