ABŞ Ukraynaya qarşı müharibənin başa çatması ilə bağlı Rusiya ilə Mayamidə danışıqlar aparacaq
Rusiyanın və ABŞ-ın nümayəndə heyətlərinin bu həftə sonu, dekabrın 20-21-də Mayamidə Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı danışıqlar aparacağı gözlənilir. Bu barədə "Politico" nəşri mənbələrə istinadən xəbər verib.
Onların sözlərinə görə, Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin, ABŞ nümayəndə heyətinə isə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin daxil olacağı gözlənilir.
Ağ Ev bu məsələ ilə bağlı şərh verməyib.
Uitkoff və Kuşner dekabrın 14-15-də Berlində Ukrayna və Avropa ölkələrinin nümayəndələri ilə danışıqlar aparıblar. ABŞ müharibə başa çatdığı təqdirdə Ukraynaya təhlükəsizlik zəmanətləri verməyi vəd edib, Kiyevin mümkün ərazi güzəştləri məsələsi isə həll olunmamış qalıb.
Almaz Həsənli






































.jpg)



.jpg)




















.jpg)



















