Ankarada Türk Dövlətlərinin dezinformasiyaya qarşı mübarizə Forumu başlayıb

Ankarada Türk Dövlətlərinin dezinformasiyaya qarşı mübarizə Forumu başlayıb

14:43
Bəyəndim (2) Bəyənmədim (0)


Türkiyə Respublikası Prezident Aparatının Kommunikasiya İdarəsi tərəfindən təşkil edilən iki günlük forum türk dünyasında informasiya təhlükəsizliyinin gücləndirilməsinə, dezinformasiyaya qarşı birgə yanaşmaların hazırlanmasına və media sahəsində əməkdaşlığın genişləndirilməsinə həsr olunub. Bu barədə Oxuməni.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir.
Forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından nümayəndələr iştirak edir.
Tədbirin əsas məqsədi türk dövlətləri arasında effektiv kommunikasiya mühiti yaratmaq və dezinformasiyaya qarşı mübarizədə institusional əməkdaşlığı gücləndirməkdir. Dövlət qurumlarının, media qurumlarının nümayəndələri və ekspertlər iştirak edirlər.
Forumda dezinformasiyanın milli təhlükəsizliyə, ictimai rəyə və regional sabitliyə təsiri, eləcə də informasiya mühitində birgə fəaliyyət mexanizmləri müzakirə olunacaq. Türk Təşkilatının 2025-ci il Fəaliyyət Planına uyğun olaraq, forum media savadlılığı sahəsində bilik və təcrübə mübadiləsini, eləcə də informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, rəqəmsal texnologiyalardan məsuliyyətli istifadə, beynəlxalq yayım və yeni nəsil jurnalistika kimi mövzularda effektiv dialoq platformasının yaradılmasını asanlaşdıracaq.
Almaz Həsənli