Prokurorluq Sindzo Abenin qatili üçün ömürlük həbs tələb edib

Prokurorluq Sindzo Abenin qatili üçün ömürlük həbs tələb edib

14:58
Bəyəndim (2) Bəyənmədim (0)


Prokurorluq, 2022-ci ildə Yaponiyaın sabiq Baş naziri Sindzo Abenin qətlində ittiham olunan Tetsuyi Yamaqamiyə ömürlük azadlıqdan məhrum etmə cəzası tələb edib. Oxuməni.az-ın xəbərinə görə, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Dövlət ittihamçıları Sindzo Abenin qətlini "nümunəsiz cinayət", təqsirləndirilən şəxsi isə mərhəmətə layiq olmayan biri adlandırıblar. Prokurorun sözlərinə görə, onun hərəkətləri "insan həyatına açıq-aşkar hörmətsizlik" nümayiş etdirib.
Abe 8 iyul 2022-ci ildə Liberal-demokrat partiyasının mitinqi zamanı Nara şəhərində güllələnib. Ölkənin Özünümüdafiə Qüvvələrinin sabiq dənizçisi Tetsuyi Yamaqami özü düzəltdiyi silahla ona iki dəfə kürəyindən atəş açıb. Qısa müddət sonra siyasətçi xəstəxanada vəfat edib.
Yamqami özünü təqsirli bilib. O, cinayəti "Birləşmə Kilsəsi" adlı dini təşkilata qarşı qisas məqsədi ilə törətdiyini bildirib. Dindirilmə zamanı təqsirləndirilən şəxs izah edib ki, anası bu təşkilata cəlb olunub. Qadın oraya təxminən 100 milyon ¥ (1 milyon 20 min manat) bağışlayıb ki, bu da ailənin maliyyə çöküşünə səbəb olub. Yamqami hesab edirdi ki, Abenin ailəsi bu təşkilatla əlaqəlidir. Əvvəlcə qruplaşmanın liderini öldürməyi planlaşdırıb, lakin o, Kovid pandemiyası zamanı Yaponiyanı tərk edib.
Almaz Həsənli