Papa Leo Maskın trilyonçu olmaq perspektivləri haqqında: Biz böyük bəladayıq

Papa Leo Maskın trilyonçu olmaq perspektivləri haqqında: Biz böyük bəladayıq

12:28
Bəyəndim (1) Bəyənmədim (0)

Crux nəşri Roma Katolik Kilsəsinin başçısı olduqdan sonra Papa XIV Leonun ilk müsahibəsini dərc edib. Orada pontifik müxtəlif məsələlərə - Ukraynadakı münaqişədən və korporativ rəhbərlərin maaşlarından tutmuş BMT-nin problemlərinə qədər öz fikirlərini bildirib. Papa növbəti dünya çempionatında kimi dəstəkləyəcəyindən də danışıb.

Papanın sözlərinə görə, o, dünyanın "insan həyatının dəyərini, ailənin dəyərini və cəmiyyətin dəyərini unutmağa" başladığından narahatdır: "Deyirlər ki, İlon Mask dünyanın ilk trilyonçusu olacaq. Bu nə deməkdir və nə deməkdir? Əgər indi dəyəri olan yeganə şey budursa, deməli, biz böyük bəladayıq".

Roma Papası qeyd edib ki, Vatikan Ukrayna münaqişəsində heç bir tərəf tutmur. "Müqəddəs Taxt-Tac münaqişənin başlanğıcından bəri həqiqətən neytral qalmaq üçün çox böyük səylər göstərdi... Biz ümid etməyə davam edirik. İnanıram ki, biz heç vaxt ümidimizi itirməməliyik", - o deyib.

Münaqişələrin həllində BMT-nin rolundan danışan Papa Leo pessimist olub: “Təəssüflər olsun ki, belə görünür ki, BMT ən azı hələlik insanları bir araya gətirmək qabiliyyətini itirib”.

Futbolla bağlı suala, Peruda çox vaxt keçirmiş pontifik, bu ölkənin komandasına azarkeşlik edə biləcəyini qeyd etdi. "Ancaq mən daha çox İtaliyanın böyük pərəstişkarıyam" dedi.

Oxuməni.az