Starmer Trampı Rusiyaya təzyiq göstərməyə çağırıb

Starmer Trampı Rusiyaya təzyiq göstərməyə çağırıb

11:13
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Rusiyaya təzyiqi artırmalıdır, çünki diktator Vladimir Putin Ukraynaya qarşı müharibə kontekstində həddən artıq cəsarətlənib.

Bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında bildirib.

Starmer qeyd edib ki, Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırması üçün Putinə təzyiq etməlidir, çünki Kreml lideri “həddən artıq cəsarətlənir və ehtiyatsız davranır”.

"Ona görə də müttəfiqlər Putinə qarşı hərəkətlərini gücləndirməlidirlər. ABŞ-ın zəmanəti ilə Avropanın hərəkətləri Avropanın məsuliyyəti öz üzərinə götürməsinin nümunəsidir", - Britaniyanın baş naziri əlavə edib.

Xatırladaq ki, sentyabrın 10-na keçən gecə Rusiya diktatoru Vladimir Putin pilotsuz təyyarə ilə təkcə Ukraynaya deyil, Polşaya da hücum edib.

Oxuməni.az