Qazaxıstan Dağlıq Qarabağı Ermənistanın nəzdində olduğunu göstərdi
Daha bir MDB ölkəsinin Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz mobil zənglər həyata keçirdiyi bəlli olub. APA-nın xəbərinə görə, Qazaxıstanın "Kazaxtelekom" şirkətinin törəmə müəssisəsi olan "Altel" mobil operatorunun saytında işğal altındakı Dağlıq Qarabağda yaradılmış "Karabakh Telecom" şirkəti Ermənistanın mobil operatoru kimi göstərilib. Məlumat şirkətin həyata keçirdiyi rouminq xidmətləri bölməsində zənglərin reallaşdırıldığı ölkələrin siyahısında qeyd olunub.
Mediainfo.az
Digər xəbərlər