Vladimir Putin yeni prezidentlik müddətinə namizədliyini irəli sürmək planlarını açıqlayıb

Vladimir Putin yeni prezidentlik müddətinə namizədliyini irəli sürmək planlarını açıqlayıb

8 Dekabr 2023 15:48
Bəyəndim (1) Bəyənmədim (0)

Kremldə Putin "DXR"-nin qəhrəmanı Artyom Joqaya yeni prezidentlik müddətinə namizəd olmaq planları barədə məlumat verib.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 15-dən 17-dək keçiriləcək. Federasiya Şurası bir gün əvvəl səsvermə tarixinin 17 mart, Mərkəzi Seçki Komissiyası isə bu gün, üç günlük seçki prosedurunun tətbiqinə səs verib.

"MSK" seçkilərə namizədlərin irəli sürülməsi üçün son tarixi dekabrın 7-dən yanvarın 1-i saat 18:00-a kimi müəyyən edib. Komissiya, sənədləri aldıqdan sonra 10 gündən gec olmayaraq namizədin qeydə alınması və ya imtina edilməsi barədə qərar qəbul etməlidir.

Oxuməni.az