Fransa və Yunanıstanın Ermənistanı silahlandırmaqda məqsədi nədir?

Fransa və Yunanıstanın Ermənistanı silahlandırmaqda məqsədi nədir?

27 Mart 20:28
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasınn Xarici İşlər Nazirliyi Fransa və Yunanıstanın Ermənistanı silahlandırmaq niyyəti ilə bağlı narahatlığını ifadə edib.

Fransa və Yunanıstanın Ermənistanı silahlandırmaq cəhdi bu dövlətlərin Cənubi Qafqazda yeni bir qarşıdurma yaratmaq niyyətlərinin təsdiqi sayıla bilərmi?

Moderator.az-a açıqlama verən sabiq diplomat Fikrət Sadıqov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Fransa və Yunanıstanın regionda bir sıra məqsədləri var ki, bunlardan biri Türkiyənin təsir dairəsini neytrallaşdırmaqdır. Türkiyə kifayət qədər güclü dövlətdir. Bu səbəbdən də onun Ermənistana müəyyən təsirindən Qərb ölkələrində narahatlıq hiss olunur. Reallıq isə budur ki, Ermənistan özü Türkiyə ilə münasibətlərin bərpasında maraqlı olmalıdır. Çünki bu, həm iqtisadi inkişafa, həm ticarət dövriyyəsinə, həm də digər məsələlərə müsbət təsir edər.

Digər məqsəd əminəm ki, Rusiyanı regiondan kənarlaşdırmaqdır. Rusiyanın zəifliyindən, başının Ukrayana qarışmağından istifadə edərək Rusiyanı Ermənistandan uzaqlaşdırmağa çalışırlar. Lakin onlar başa düşməlidir ki,Yunanıstan və Fransa bölgəyə uzaq məsafədə yerləşir. Türkiyə isə bölgədədir.

Nəhayət, Fransa və Yunanıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı deyil. Onlar başa düşür ki, əgər sülh sazişi imzalansa, regionda stabillik yaransa, onların bölgəyə, xüsusilə də Ermənistana nəzarət imkanları azalacaq.

Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycan-Türkiyə tandemi alyansı daha da güclənəcək. Buna şübhə etmirəm. Hərbi potensialımız yeni bir səviyyəyə qalxacaq. Biz təbii ki, belə məkirli planlara öz cavabımızı verəcəyik və buna hər baxımdan hazır olmalıyıq”.

Oxuməni.az