Fevralın 15-də müdafiə nazirləri səviyyəsində Ukrayna-NATO Şurasının iclası keçiriləcək

Fevralın 15-də müdafiə nazirləri səviyyəsində Ukrayna-NATO Şurasının iclası keçiriləcək

9 Fevral 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 15-də müdafiə nazirləri səviyyəsində Ukrayna-NATO Şurasının iclası keçiriləcək.

Bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.

Görüş fevralın 14-15-də Brüsseldə keçiriləcək NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin ikigünlük toplantısı çərçivəsində baş tutacaq.

Ukrayna-NATO Şurası Şimali Atlantika Alyansı ilə Kiyev arasında 2023-cü ilin iyulunda Vilnüs sammitində başlayan münasibətlərin yeni formatıdır. Şuranın ilk iclası iyulun 12-də baş tutub.

Şuranın iclası ərəfəsində, fevralın 14-də Alyansın mənzil-qərargahında Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun 19-cu iclası - Ramşteyn formatında keçiriləcək.

Təmas Qrupunun əvvəlki, 18-ci iclası onlayn rejimdə baş tutub və Kiyevin uzunmüddətli ehtiyaclarına diqqət yetirilib.

Brüsseldəki görüşlər Ukraynanın artilleriya mərmilərinə ciddi ehtiyacı olduğu, Ukraynaya dəstək üçün vəsaiti ehtiva edən layihənin ABŞ Konqresində ilişib qaldığı bir vaxtda baş tutacaq.

Oxuməni.az