Məhəmməd Əlinin qardaşı vəfat edib

Məhəmməd Əlinin qardaşı vəfat edib

4 Avqust 11:56
Bəyəndim (4) Bəyənmədim (0)


Boks üzrə ağır çəkidə keçmiş mütləq dünya çempionu Məhəmməd Əlinin kiçik qardaşı, amerikalı Rəhaman Əli avqustun 1-də 83 yaşında vəfat edib. Bu barədə Luisvildəki (Kentukki, ABŞ) Məhəmməd Əli Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Əlinin ölüm səbəbi açıqlanmayıb. Əvvəllər onun Parkinson xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.
Rəhaman Əli (əsl adı Rudolf Arnett Kley) 1964-1972-ci illərdə peşəkar rinqdə döyüşüb, 18 döyüş keçirib, 14-də qalib gəlib, üç məğlubiyyət alıb və bir döyüşü heç-heçə başa vurub. O, qardaşı ilə tez-tez səyahət edir, məşq edir, onların ailəsinə həsr olunmuş iki kitabın müəllifi olub.
Məhəmməd Əli (əsl adı Kassius Kley) peşəkar boksda 56 döyüşdə qalib gəlib, beş dəfə məğlub olub və bir neçə il mütləq dünya çempionu titulunu qoruyub. 1960-cı ildə olimpiya çempionu olub.Məhəmməd Əli 2016-cı ilin iyununda 74 yaşında vəfat edib.
Almaz Həsənli