Rusiya milli futbol komandası Əfqanıstanla oynaya bilər

Rusiya milli futbol komandası Əfqanıstanla oynaya bilər

4 Avqust 15:26
Bəyəndim (4) Bəyənmədim (0)


Əfqanıstan Futbol Federasiyasının prezidenti Məhəmməd Yusif Karqar Rusiya ilə oyunun 2025-ci ilin payızında keçirilə biləcəyini bildirib. Bu barədə Oxuməni.az “Sport24”ə istinadla xəbər verir.
"Oktyabr və noyabr fasilələrində oynamaq imkanımız var, ona görə də Rusiya Futbol İttifaqından (RFİ) oyunun tarixi və yeri ilə bağlı təklif gözləyəcəyik. Komandalarımız arasında matç keçirməyə açığıq", - Karqar deyib.
2022-ci ilin fevralında Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini və Rusiya klublarını onların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb. Belə ki, klubların Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqasında oynamaq hüququ yoxdur, kişilərdən ibarət yığma isə 2022-ci il dünya çempionatına vəsiqə qazanmaq imkanından məhrum edilib. Həmçinin rusiyalı futbolçular 2024-cü il Avropa çempionatında iştirak etməyib və ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il dünya çempionatının püşkatma mərasimində iştiraka buraxılmayıblar.
Almaz Həsənli