UEFA Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya"

UEFA Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya"

10:23
Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycanın “Qarabağ” klubu bu gün futbol üzrə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununu keçirəcək.
Oxuməni.az xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə cavab matçına çıxacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” oyunu avqustun 12-də “Tofiq Bəhramov” adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. Skopyedə keçirilən ilk görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ" səfərdə qazandığı qələbənin ardınca, ardıcıl üç quru oyun seriyası ilə cavab matçına əla üstünlüklə çıxır. Ağdamlılar doğma meydanda özlərini inamlı hiss edirlər: məğlubiyyətsiz on oyun və ardıcıl səkkiz qələbə “Tofiq Bəhramov”da görüşün favoriti statusuna inamı artırır.
Çempionlar Liqasının seçmə mərhələsinin pley-off mərhələsindəki cütün qalibi 3-cü turun digər cütünün qalibi "Ferençvaros" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) ilə oynayacaq. Uduzan tərəf Avropa Liqasının seçmə mərhələsinin pley-off mərhələsində eyni cütün məğlubu ilə oynayacaq.
Almaz Həsənli