
Ronaldonun nişanlısına verdiyi nişan üzüyünün qiyməti məlum olub
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubunun futbolçusu Kriştianu Ronaldo sevgilisi Corcine Rodrigesə 5 milyon dollar dəyərində nişan üzüyü hədiyyə edib.
Oxuməni.az xəbər verir ki, bu barədə “People” məlumat yayıb.
Londonun “77 Diamonds” zərgərlik evinin idarəedici direktoru Tobias Kormind nəşrə verdiyi şərhdə Rodrigesin üzüyünün ölçüsünün Riçard Bertonun Elizabet Teylora verdiyi məşhur 69,42 karat armud şəkilli Teylor-Berton almazı ilə müqayisə oluna biləcəyini iddia edir. Kormind hesab edir ki, Rodrigesin üzüyünün dəyəri 5 milyon dollardır.
40 yaşlı futbolçu 31 yaşlı ispan modellə 2016-cı ildən münasibətdədir.Cütlük 5 uşaq böyüdür. Portuqaliyalının ilk oğlu kiçik Kriştiano 2010-cu ildə naməlum anadan dünyaya gəlib. 2017-ci ildə Ronaldonun surroqat anadan dünyaya gətirdiyi əkizlər Eva və Mateo da var. Corcine daha sonra futbolçunun Alana Martina və Bella Esmeralda adlı iki qızı dünyaya gətirib. 2010-2015-ci illərdə portuqaliyalı rusiyalı supermodel İrina Şeyklə münasibətdə olub.
Almaz Həsənli