
UEFA Çempionlar Liqası: "Qarabağ" "Şkendiya"nı darmadağın etdi
Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) – “Şkendiya” (Şimali Makedoniya) cavab oyunu başa çatıb. Oyun Bakıdakı “Tofiq Bəhramov” adına stadionda baş tutub. Qarşılaşmanı hollandiyalı referi Denni Makkeli idarə edib. Qarşılaşma 5:1 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb.
“Qarabağ”ın heyətində qolları Kadi Borjes, Nəriman Axundzadə, Marko Yankoviç, Leandro Andrade vurub. Həmçinin “Şkendiya”nın müdafiəçisi Klisman Tsake öz qapısına qol vurub. Qonaqların heyətində Fabris Tamba 10-cu dəqiqədə “Qarabağ”ın qapısına zərbə endirərək hesabı açıb.
İlk oyunda “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, “Qarabağ” Azərbaycan futbolu tarixində dördüncü dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. “Qarabağ”ın Çempionlar Liqasının seçmə mərhələsinin pley-off mərhələsindəki rəqibi 3-cü turda Bolqarıstanın “Ludoqorets” klubuna qalib gələn Macarıstanın “Ferensvaroş”u olacaq (ilk oyun – 0:0, cavab oyunu – 3:0).
“Qarabağ” ilk oyunu avqustun 19-da səfərdə, cavab oyununu isə avqustun 26-da evdə keçirəcək.
Almaz Həsənli