
UEFA Superkuboku: PSJ – “Tottenham”
Bu gün, avqustun 13-də Çempionlar Liqası və Avropa Liqasının qalibi PSJ və "Tottenhem" arasında UEFA Superkuboku matçı keçiriləcək. Oyun İtaliyanın Udine şəhərindəki “Blyuenerji” stadiuonunda keçiriləcək.
Matçı, Portuqaliyalı baş hakim Joao Pedru Pineyrunun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Ümumilikdə, “Tottenham” və PSJ yalnız bir görüş keçiriblər. 2017-ci il Beynəlxalq Çempionlar Kuboku yoldaşlıq turnirində parislilər "Mahmızlar" a 2:4 hesabı ilə uduzublar.
Çempionlar Liqasının qalibləri son 12 Avropa Superkuboku matçının 11-də qalib gəlib (2018-ci ildə Atletico Madrid-in Real Madrid üzərində qələbəsi istisna olmaqla).
Xatırladaq ki, ötən il “Real Madrid” UEFA Superkubokunu qazanmışdı. Bir oyunluq turnirin finalında “qaymaqlılar” İtaliya “Atalanta”sına 2:0 hesabı ilə qalib gəlib.
Almaz Həsənli