
PSJ, penaltilərdə “Tottenhem Hotspur”-u məğlub edərək 2025-ci il UEFA Super Kubokunu qazandı
Çempionlar Liqasının və Avropa Liqasının qalibi PSJ və "Tottenhem" arasında UEFA Superkuboku matçı başa çatıb. Oyun əsas vaxtda 2:2 hesabı ilə başa çatıb, lakin penaltilər seriyasında parislilər daha güclü olublar — 4-3. Oyun İtaliyanın Udine şəhərindəki "Bluenergy" stadionunda baş tutub. Matçın baş hakimi qismində portuqaliyalı Joau Pedru Pinheiru çıxış edib. Qeyd edək ki, oyunun dördüncü hakimi həmyerlimiz Elçin Məsiyev olub.
Oyunun 39-cu dəqiqəsində Mikki van de Ven hesabı açıb və londonluları hesabda irəli çıxarıb. Kristian Romero 48-ci dəqiqədə "Mahmızlılar"ın üstünlüyünü ikiyə çatdırıb. Li Kan İn 85-ci dəqiqədə hesabdakı fərqi azaldıb. Qonsalu Ramuş 90+4-cü dəqiqədə hesabı bərabərləşdirib və oyunu penaltilər seriyasına keçirib. Matçdan sonrakı penaltilər seriyasında parislilərin daha güclü olublar.
PSJ ilk dəfə rəsmi oyunlarda " Mahmızlılar "la qarşılaşıb. Fransanın PSJ klubu tarixində ilk dəfə “Tottenhem Hotspur”u məğlub edib. Komandalar əvvəllər bir dəfə 2017-ci ilin yayında yoldaşlıq turniri - Beynəlxalq Çempionlar Kuboku çərçivəsində üz-üzə gəlib.
Beləliklə, Fransa klubu tarixində ilk dəfə bu mükafatın sahibi olub. Fransanın PSJ klubu tarixində ilk dəfə Avropa Superkubokunu qazanıb.
Xatırladaq ki, ötən il UEFA Superkubokunu "Real Madrid" qazanmışdı. Bir oyundan ibarət turnirin finalında “qaymaqlılar” İtaliya “Atalanta”sına 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Real" UEFA Superkubokunda ən çox qələbə qazanan komandadır. “Kral klubu”nun altı belə titulu var.
Almaz Həsənli