
Vyetnam qadın komandası kişi oyunçulara görə dünya çempionatından diskvalifikasiya edilib
İndoneziyanın Surabaya şəhərində keçirilən voleybol üzrə dünya çempionatında Vyetnam qadın komandası ilə bağlı qalmaqal yaşanıb. Beynəlxalq Voleybol Federasiyası araşdırma aparıb və komandanın tərkibində iki kişi oyunçunun, Danq Txi Honq və Fuonq Kuin olduğunu müəyyən edib.
Oxumənii.az xəbər verir ki, bu barədə “The Jakarta Globe” məlumat yayıb.
İntizam qərarı hər iki idmançının qadınların yarışlarında iştirak etmək hüququnun olmadığını təsdiqləyən araşdırmadan sonra verilib. Nəticədə alt komitə Vyetnam yığmasının diskvalifikasiya olunmuş voleybolçuların iştirak etdiyi bütün oyunlarını ləğv edib və onları çempionatdan kənarlaşdırıb.
Mübahisə idmançılar üzərində cinsi kimlik testlərinin aparılması ilə bağlı xəbərlərdən sonra yaranıb. Puerto-Riko ilə final oyununda (3:1) hər iki voleybolçu iştirak etməyib və bu nəticə sabit qalıb.
Vyetnam Voleybol Federasiyası bildirib ki, oyunçular turnir qaydalarına uyğun olaraq test üçün təsadüfi seçilib və bütün lazımi matç qeydlərini təqdim ediblər.
Vyetnam Voleybol Federasiyası pozuntunu etiraf edib və daxili araşdırma aparacağını və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün tədbirlər görəcəyini bildirib.
Almaz Həsənli