
Konfrans Liqası: “Sabah” və “Araz-Naxçıvan” avrokuboklarla vidalaşdı
Futbol üzrə Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kiprin “Omoniya” və Azərbaycanın “Araz-Naxçıvan” və Azərbaycanın “Sabah” və Bolqarıstanın “Levski” klubları arasında cavab oyunları keçirilib.
Oxuməni.az xəbər verir ki, Bakıda keçirilən avrokubokların III təsnifat mərhələsinin cavab oyununda “bayquşlar” Bolqarıstanın “Levski” komandasına 0:2 hesabı ilə uduzub. Sofiyada keçirilən ilk oyun da bakılıların 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Meydan sahibləri hər hissədə bir qol buraxıb. 40-cı dəqiqədə müdafiədəki uğursuzluqdan sonra Kirilov bolqarları önə çıxarıb - 0:1.
Matçın sonunda bolqarlardan ikinci qolu (0:2) buraxan "Sabah" avrokuboklarla vidalaşıb.
Kiprdə UEFA Konfrans Liqasında “Araz-Naxçıvan” cavab oyununu keçirib. Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Araz-Naxçıvan” doğma meydanda “Omoniya”ya uduzub (0:4) və ümumi nəticə müvəffəqiyyəti üçün qeyri-müəyyən şansları var idi.
Öz meydanında 0:4 hesabı ilə uduzan Elmar Baxşıyevin yetirmələri səfərdə də rəqibinə ciddi müqavimət göstərə bilməyib. “Omoniya” oyunun birinci hissəsində “Araz-Naxçıvan”ın qapısından 4 qol keçirib. Fasilədən sonra oyun formal xarakter alıb, təmsilçimiz 5-ci qolu buraxıb və ümumilikdə 0:9 hesabı ilə uduzub.
Beləliklə, ikinci təsnifat mərhələsində Yunanıstan “Aris”ini məğlub edərək sürpriz edən avrokubokların debütantı bu dəfə Kipr “Omoniya”sına qarşı heç nə edə bilməyib. “Araz-Naxçıvan” avrokuboklarla vidalaşıb və “Omoniya” pley-of mərhələsinə adlayıb.
Almaz Həsənli