"Baku Steel Company" MMC-nin anbarında yanğın oldu

"Baku Steel Company" MMC-nin anbarında yanğın oldu

30 Mart 2012 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ötən gecə "Baku Steel Company" MMC-yə aid zavodun Nərimanov rayonunda yerləşən anbarında yanğın meydana gəlib. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Xəsarət alan yoxdur. Yanğının baş vermə səbəbləri məlum deyil. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

O.M.