Ər-arvad davası qanla bitib

Ər-arvad davası qanla bitib

11 Mart 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə Adıyamanda 72 yaşlı kişi mübahisə zəminində 71 yaşlı arvadını bıçaqlayaraq öldürüb.

Adıyaman mərkəz Siteler məhəlləsində yaşayan Abuzer Y. ilə həyat yoldaşı Naile Y. arasında mübahisə düşüb. Cütlük arasında mübahisə böyüyərək davaya çevrilib. İddialara görə, Abuzer Y. mübahisə zamanı başına sərt əşya ilə zərbə endirən arvadı Naile Y.-yə əsəbiləşib və ona bıçaqla bir neçə dəfə zərbə endirib. Qonşuların evdə yüksələn səslər üzərinə vəziyyəti 112 Zəng Mərkəzinə bildirməsi nəticəsində yaranan davada ağır yaralanan Naile Y., gələn tibb işçiləri tərəfindən göstərilən ilk tibbi yardımdan sonra Adıyaman Universiteti Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Bütün müdaxilələrə baxmayaraq Naile Y. xilas ola bilməyib və həyatını itirib.

Həyat yoldaşı Naile Y.-ni öldürən Abuzer Y. polislər tərəfindən hadisə yerində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam edir.

Oxuməni.az