Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi terrorizmi təbliğ etməkdə şübhəli bilinən şəxsləri saxlayıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi terrorizmi təbliğ etməkdə şübhəli bilinən şəxsləri saxlayıb

6 Mart 13:17
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 6-da Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi prokurorluğun koordinasiyası və polisin köməyi ilə iki Çimkənd sakinini saxlayıb.

Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, onlar sosial şəbəkələr vasitəsilə terrorizmi təbliğ etməkdə şübhəli bilinirlər.

İstintaqın məlumatına görə, saxlanılanlardan biri əvvəllər xarici ölkələrə gedib və orada radikal dini ideologiya ilə məşğul olduğu iddia edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 256-cı maddəsinin 2-ci hissəsi ilə ibtidai istintaq aparılır.

Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq digər məlumatlar açıqlanmır.

Oxuməni.az