
Kim Çen In ordunu müharibəyə tam hazırlaşmağa çağırıb
Şimali Koreyanın sədri Kim Çen In hərbçilərə müraciəti zamanı müharibəyə hazırlaşmağın vacibliyini bəyan edib, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) xəbər verir.
“Kim Çen In müxtəlif səviyyələrdə silahlı qüvvələrimizə inqilabın diktəsi və mövcud vəziyyət əsasında müharibəyə hazırlaşmağa çağırıb”.
Bu, xüsusən də Kim Çen Inın fikrincə, “Koreya yarımadasında tarixin ən gərgin vəziyyəti yaradan” ABŞ və Cənubi Koreyadan gələn təhlükə ilə bağlıdır.
Şimali Koreya lideri bildirib ki, ABŞ və Qərb dünyanın digər bölgələrində gərginliyi artırır. Kim Çen In iddia edir ki, onlar Ukraynadan istifadə edərək, “Rusiyaya qarşı müharibə” aparırlar.
Oxuməni.az
Digər xəbərlər