Alimlər Yerə yaxın dəmir bulud tapıblar
ABŞ-dakı Con Hopkins Universitetinin astrofizikləri müəyyən ediblər ki, planetimizə ən yaxın ulduz sistemindən olan nəhəng metal bulud, Günəşə bənzər nəhəng gizli planet və ya ulduzu gizlədə bilər. Bu barədə Oxuməni.az “Live Science” materialınına istinadla xəbər verir.
Bildirilir ki, bu sirli bulud Yer kürəsindən 15 min dəfə enlidir. Astronomlar ilk dəfə onun mövcudluğunu, Yer kürəsindən təxminən 3000 işıq ili uzaqda yerləşən Günəşə bənzər əsas ardıcıllıq ulduzu olan J0705+0612 (ASASSN-24fw) ulduzunun ətrafında qəfil tutulmasını qeydə alarkən öyrəniblər. Obyektin parlaqlığı qəfil 40 dəfə azalıb – təxminən ilkin parlaqlığının 3%-nə qədər.
"Günəş kimi ulduzlar səbəbsiz olaraq parıldamağı dayandırmırlar. Buna görə də belə dramatik tutulmalar çox nadir hallarda baş verir", - deyə tədqiqatın aparıcı müəllifi Nadya Zakamska izah edib.
Zakamska və onun komandası bu qəribə hadisəni Çilidəki “Gemini South” və “Magellan” teleskopları tərəfindən toplanan məlumatlardan istifadə edərək təhlil ediblər və müəyyən ediblər ki, nəhəng obyekt J0705+0612-nin qarşısından keçərək onu örtüb.
Tədqiqatçılar qənaətə gəliblər ki, tutulmaya səbəb olan obyekt sıx molekulyar qaz bulududur. Müəyyən edilib ki, o, dəmir və kalsiumdan ibarətdir.
GHOST kosmik aparatından daxil olan məlumatlar da komandaya bulud daxilindəki incə hərəkətləri izləməyə imkan verib, alimlər başa düşüblər ki, metal kütlə mərkəzdəki böyük obyekt tərəfindən saxlanılır – bu, Yupiterdən bir neçə dəfə böyük qaz nəhəngi planet, J0705+0612 ilə ikili sistemdə olan az kütləli ulduz, yaxud planet və ulduzun hibridi olan qəhvəyi cırtdan ola bilər.
Almaz Həsənli












































































.jpg)
.jpg)
.jpg)















