Alim ömrü uzatmağın xoş bir yolunu göstərib

Alim ömrü uzatmağın xoş bir yolunu göstərib

15:03
Bəyəndim (2) Bəyənmədim (0)


National Geographic-in elmi əməkdaşı Den Byuttner, ömrü uzatmağın ən xoş yollarından biri haqqında danışıb. Oxuməni.az-ın verdiyi məlumata görə, onun TikTok sosial şəbəkəsində yayımlanan tövsiyəsinə “Daily Mirror” diqqət yetirib.
Uzunömürlü insanların həyat tərzini araşdıran alim bildirib ki, tez-tez 100 yaşa qədər yaşayan insanların olduğu Yunanıstanda nahardan sonra yatmaq adəti geniş yayılıb. "Ömrü uzadan ən yaxşı yollar həyat keyfiyyətini yaxşılaşdıran və həqiqi zövq verən yollardır. Nahardan sonrakı yuxu da onlardan biridir", - deyə Byuttner bildirib.
Tədqiqatçı vurğulayıb ki, bu üsulun effektivliyi elmi tədqiqatlarla təsdiqlənib. Onun sözlərinə görə, həkimlər həftədə beş dəfə 20 dəqiqəlik gündüz yuxusunun ürək xəstəlikləri riskini üçdə bir nisbətində azaltdığını müşahidə ediblər.
Almaz Həsənli