Litva öz ərazisində nüvə silahlarının yerləşdirilməsini müzakirə edir

Litva öz ərazisində nüvə silahlarının yerləşdirilməsini müzakirə edir

14:03
Bəyəndim (1) Bəyənmədim (0)


Litva, öz ərazisində Amerika nüvə silahlarının yerləşdirilməsi ilə bağlı qapalı müzakirələrdə iştirak etdiyini təsdiqləyib. Oxuməni.az “Politico”-nun yazdığına istinadla xəbər verir ki, bunu Litvanın müdafiə naziri Robertas Kaunas bildirib.
Danışıqlar, Litvadan Amerika kontingentinin planlaşdırılmış çıxarılması fonunda aparılır: ölkəni təxminən min ABŞ hərbçisi tərk edəcək.
Bu həftə “Financial Times”, ABŞ-ın Polşa və Baltikyanı ölkələrdə öz nüvə silahlarını yerləşdirməyə potensial olaraq hazır olduğunu bildirmişdi. Qəzetin məlumatına görə, söhbət nüvə döyüş başlıqları daşıya bilən bombardmançı təyyarələrdən gedir. Bu, NATO-dakı ABŞ müttəfiqlərini ənənəvi hərbi dəstəyin azaldılmasının təhlükəsizlik zəmanətlərini zəiflətməyəcəyinə inandırmalıdır.
Litva Konstitusiyası ölkədə kütləvi qırğın silahlarının və ya xarici hərbi bazaların yerləşdirilməsini qadağan edir. Lakin may ayında Seymin spikeri Yuozas Olekas və Litva prezidenti Gitanas Nauseda bu qadağanı ləğv edəcək Konstitusiya dəyişikliklərinin müzakirəsini dəstəkləyiblər.
Almaz Həsənli