Avstraliya İran vətəndaşlarına və qurumlarına qarşı sanksiyalar tətbiq edib
Avstraliya 20 İran vətəndaşına qarşı sanksiyalar tətbiq edərək, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) üzvlərini siyahıya əlavə edib. Bu barədə Avstraliya xarici işlər naziri Penni Vonqun açıqlamasında bildirilib.
"Avstraliya hökuməti 20 İran vətəndaşına və üç qurumuna qarşı əlavə sanksiyalar tətbiq edir. Yeni siyahıya İran xalqına qarşı zülmdə, daxili etirazların qəddarcasına yatırılmasında və həm İran daxilində, həm də xaricində həyatlara təhdid törədilməsində iştirak edən İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək vəzifəli üzvləri daxildir", - Vonq bildirib
Nazir həmçinin bu günə kimi Avstraliyanın 300-dən çox İran vətəndaşına və müəssisəsinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.
İrandakı iğtişaşlar 29 dekabr 2025-ci ildə rialın kəskin şəkildə ucuzlaşması ilə başlayan və əksər böyük şəhərlərə yayılan küçə etirazlarından sonra başladı. İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, 8 yanvardan bəri nümayişçilər arasında silahlı terrorçular peyda olub. Tehran iğtişaşlara görə İsraili və ABŞ-ı günahlandırıb. 23 yanvarda Əraqçi bildirib ki, həm mülki şəxslər, həm də təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla, ölənlərin sayı 3117 nəfərə çatıb.
Əziz MUSTAFA













.jpg)
.jpg)
.jpg)
















.jpg)








.jpg)








































