ABŞ-ın Seuldakı səfirliyi konsulluq xidmətlərini dayandırıb
Amerikanın Seuldakı səfirliyi Cənubi Koreya prezidenti Yoon Seok Yeol tərəfindən ölkədə hərbi vəziyyətin tətbiqi və sonradan ləğv edilməsindən sonra yaranmış “qeyri-sabit vəziyyət” səbəbindən konsulluq xidmətlərini dayandırıb. Bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir.
Bununla əlaqədar Səfirlik Amerika vətəndaşlarının konsulluq məsələləri ilə bağlı qəbulunu, həmçinin viza müraciətlərini ləğv edir. Diplomatik nümayəndəlik əməkdaşlarının özləri uzaqdan işləməyə və övladlarını məktəbə göndərməməyə çağırılır.
Oxuməni.az
Digər xəbərlər