İsrail “HƏMAS”a yeni atəşkəs təklifini təqdim edib
İsrail Qəzza zolağında atəşkəs razılaşması və girovların azad edilməsi üçün Fələstinin “HƏMAS” hərəkatına yeni təklif təqdim edib.
Bu barədə “Axios” portalı İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Onlar yeni təklifin “avqustda müzakirə edilən təklifdən çox da fərqlənmədiyini” söyləyiblər, lakin təfərrüatları açıqlamayıblar. Yeni layihə hazırda danışıqlar üçün əsas kanal olan Misir vasitəsilə “HƏMAS” nümayəndələrinə ötürülüb.
Eyni zamanda, mənbələr “HƏMAS”ın çeviklik nümayiş etdirməyə və hətta qismən sövdələşməni həyata keçirməyə hazır olduğunu nümayiş etdirdiyini qeyd edir.
Daha əvvəl “Reuters” agentliyi xəbər verib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə gələcək xüsusi nümayəndəsi Stiven Uitkoffun Qətər və İsrailin baş nazirləri ilə görüşüb, Qəzza zolağında 20 yanvar 2025-ci ildə növbəti Amerika liderinin andiçmə mərasiminə qədər atəşkəs və bundan əvvəl girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə çalışdığını bildirib.
Almaz Həsənli