Keçmiş Apple işçiləri xeyriyyəçilikdən 150 min dollardan çox pul oğurlayıblar

Keçmiş Apple işçiləri xeyriyyəçilikdən 150 min dollardan çox pul oğurlayıblar

6 Dekabr 15:45
Bəyəndim (1) Bəyənmədim (0)

“MacRumors” portalı xəbər verir ki, altı keçmiş Apple işçisi xeyriyyə məqsədilə şirkətdən 150 min dollardan çox pul oğurlamaqda ittiham edilib.

Keçmiş Apple işçilərinə qarşı xeyriyyə ianələri ilə bağlı saxta sxemdən istifadə ilə bağlı ittiham irəli sürülüb. Proqramın bir hissəsi olaraq, Apple işçilərinin xeyriyyəçilik üçün ianələrini ikiqat artırırdı.

Sxemin təşkilatçısı Siu Key Kvan varlanmaq üçün qeyri-adi üsul tapıb. O, beş həmkarından Amerika Çin Beynəlxalq Mədəniyyət Mübadiləsi (ACICE) və əlaqəli olduğu Hop4Kids təşkilatına ianə vermələrini xahiş edib. Apple bu ianələri ikiqat artırdıqdan sonra ilkin məbləğlər işçilərə qaytarılırdı və vəsaitin ikinci hissəsi fırıldaqçılarda qalırdı.

Bundan əlavə, fırıldaqçılar əlavə vergi endirimləri əldə etmək üçün vergi bəyannamələrində xeyriyyə ianələri barədə yalan məlumat veriblər.

2018-ci ilin iyul ayından 2021-ci ilin aprel ayına qədər sxemin iştirakçıları Apple proqramından təxminən 152.000 ABŞ dolları və 100.000 dollardan çox vergi krediti alıblar. Apple pozuntunu aşkar edib və işi prokurorluğa göndərib. Əgər təqsirli bilinərsə, altı müttəhimi həbs cəzası, cərimələr və məhkəmə xərcləri, o cümlədən oğurladıqları pulların əvəzini ödəmək gözləyir.

Almaz Həsənli