ABŞ Hərbi Hava Qüvvələri Yəmənə hava zərbələri endirdiyini təsdiqləyib
Dekabrın 21-də Yəməndə partlayışlar baş verib. ABŞ Mərkəzi Komandanlığı husilərə qarşı hava hücumu həyata keçirdiyini təsdiqləyib.
Bu barədə “The Times of Israel” nəşri xəbər verir.
Komandanlıq bildirib ki, ABŞ-ın zərbələrinin hədəfi İranın dəstəklədiyi husi üsyançılarının nəzarəti altında olan raket anbarı və nəzarət mərkəzi olub.
Bundan əlavə, CENTCOM-un məlumatına görə, əməliyyat zamanı Mərkəzi Komandanlıq qüvvələri Qırmızı dəniz üzərində bir neçə PUA və gəmi əleyhinə qanadlı raketi də vurub.
Oxuməni.az
Digər xəbərlər