Danimarka gizli şəkildə ABŞ-dan Qrenlandiyaya daha çox qoşun göndərməsini istədi

Danimarka gizli şəkildə ABŞ-dan Qrenlandiyaya daha çox qoşun göndərməsini istədi

12:59
Bəyəndim (1) Bəyənmədim (0)


Danimarka hakimiyyəti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasına Qrenlandiyanın təhlükəsizliyinin gücləndirilməsi üzrə tədbirlərin müzakirəsi təklifi ilə gizli şəkildə müraciət edib.
Kopenhagen ilhaq edilmədən Vaşinqtonun narahatlıqlarını həll etmək üçün adada Amerika hərbi mövcudluğunu genişləndirməyi təklif edib. Bu barədə “Axios” məlumatlı mənbələrə istinadən yazır.
Göndərilən mesajlarda vurğulanır ki, Qrenlandiyanın satışı yoxdur, lakin Kopenhagen əməkdaşlığın digər kompromis formalarını müzakirə etməyə hazırdır.
Birləşmiş Ştatlar artıq adada əsas bazaya malikdir - Pituffik (1943-cü ildən), burada ballistik raketlərin erkən xəbərdarlıq sistemini saxlamaq üçün 200 əsgər yerləşdirilib.
Coğrafi mövqeyini nəzərə alaraq, Qrenlandiya ABŞ və NATO üçün strateji rol oynayır. 2022-ci ildə Pentaqon bazanın saxlanması üçün 4 milyard dollar ayırıb və 2023-cü ildə ilk dəfə F-35 orada yerləşdirib.
Almaz Həsənli