
Oğrular dünyanın yeganə rəssam qoyunu Beenksini oğurlayıblar
İncəsənət aləmində qalmaqal yaranıb: dünyanın yeganə rəssam qoyunu Beenksi yoxa çıxıb. İstedadlı heyvanın sahibi onun tapılması üçün 50 min funt sterlinq təklif edir. Oxuməni.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Beenksi Cənubi Afrikadakı heyvanların sığınacağında donuz-rəfiqəsi Piqkassodan rəsm çəkməyi öyrənib. Hər iki rəssam şəkil çəkib, sahibləri isə onları külli miqdarda pula satıblar. Çox vaxt istedadlı qoyunın əsərlərini Böyük Britaniya, ABŞ və Almaniyadan sənətsevərlər alırdılar.
İki həftə əvvəl Beenksi başqa bir sənət əsərini satmaq üçün Britaniyadan olan müştəri ilə görüşməli idi, lakin qoyunun sahibi Coan heyvanın itdiyini söyləyib.
Qadın sevimli heyvanının ev fermasından yoxa çıxmasını araşdırmaq üçün iki xüsusi detektiv işə götürüb. O ümid edir ki, Beenksinin hər şeyi qaydasındadır. Hazırda qoyunun qəfil yoxa çıxması ilə bağlı aktiv araşdırma aparılır və bütün təsərrüfat işçiləri yalan detektoru (poligraf) testlərindən keçməyə məcbur edilib.
Almaz Həsənli