
Zelenski mübahisədən sonra Trampdan bağışlanmasını istəyib
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff “Fox News” telekanalına müsahibəsində bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdəki mübahisədən sonra ABŞ prezidenti Donald Trampdan bağışlanmasını istəyib.
Vitkoffun sözlərinə görə, Zelenski Trampa üzrxahlıq məktubu göndərib. Xüsusi nümayəndə vurğulayıb ki, “bu, mühüm addım idi”.
"Zelenski prezidentə məktub göndərdi. O, Oval kabinetdə baş verən hadisəyə görə üzr istədi. Hesab edirəm ki, bu, mühüm addım idi. Komandalarımız, bu işə qarışan ukraynalılar və avropalılar arasında çoxlu müzakirələr oldu. Mən bunu irəliləyiş adlandırardım".
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər