Trampın Rusiyanın Ukrayna ilə bağlı tələblərindən birinə qarşı çıxdığı məlum olub

Trampın Rusiyanın Ukrayna ilə bağlı tələblərindən birinə qarşı çıxdığı məlum olub

08:07
Bəyəndim (3) Bəyənmədim (0)

Rusiyanın Ukraynanın demilitarizasiyası tələbi ABŞ prezidenti Donald Trampın təkid etmədiyi nadir tələblərdən biridir. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Tramp “Ukraynaya böyük təzyiq göstərir” və hələ danışıqlar başlamamışdan əvvəl Moskvanın bir çox tələblərini, o cümlədən Kiyevin NATO-ya üzvlüyünün mümkünsüzlüyünü təsdiqləyib.

Eyni zamanda yüksək səviyyəli Avropa rəsmisi agentliyə deyib ki, demilitarizasiya Trampın təkid etmədiyi bir neçə Rusiya tələblərindən biridir. Qurum rəsmisi bunun gələcəkdə də davam edəcəyinə ümid etdiyini bildirib.

Bundan əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu Ukraynanın demilitarizasiyası ilə bağlı çağırışları rədd etmiş və respublikanın yaxşı silahlanmış ordusunun qitənin gələcək təhlükəsizlik arxitekturasının mühüm hissəsinə çevriləcəyini bildirmişdi.

Əziz Mustafa, Oxuməni.az