Gürcüstan millisi Millətlər Liqasının pley-off matçında Ermənistanı 6:1 hesabı ilə məğlub edib

Gürcüstan millisi Millətlər Liqasının pley-off matçında Ermənistanı 6:1 hesabı ilə məğlub edib

24 Mart 12:29
Bəyəndim (5) Bəyənmədim (0)


Gürcüstan millisi UEFA Millətlər Liqasının B divizionunda oynamaq hüququ uğrunda pley-off mərhələsinin cavab oyununda Ermənistan komandasına qalib gəlib.
Bazar günü Gürcüstan yığması doğma meydanda rəqibini 6:1 hesabı ilə darmadağın edib. Qalib komandada Otar Kiteişvili və Jorj Mikautadze dubl ediblər, Giorgi Çakvetadze və Xviça Kvaratsxeliya da hərəyə bir qol vurublar. Ermənistanın yeganə qolunu Edqar Sevikyan vurub.
İlk görüşdə Gürcüstan komandası səfərdə də qalib gəlib – 3:0.
Beləliklə, gürcülər ümumi 9:1 hesabı ilə qalib gələrək növbəti mövsümdə də Millətlər Liqasının ikinci güclü divizionunda çıxış edəcəklər. Ermənistan komandası C divizionunda çıxışını davam etdirəcək.
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze Gürcüstan və Ermənistan milli komandalarının oyununu izləmək üçün Tbilisiyə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.
Xatırladaq ki, martın 20-də baş nazir Kobaxidze Ermənistanın baş naziri ilə birlikdə İrəvanda keçirilən Ermənistan-Gürcüstan oyununda iştirak edib.
Almaz Həsənli