
Böyük Britaniyanın keçmiş baş naziri WhatsApp-ı tənqid etdi: "Bu, Qərb sivilizasiyasını öldürür"
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson məşhur mesajlaşma proqramını tənqid edərək deyib ki, bu, Qərb ölkələrində doğum səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Oxuməni.az xəbər verir ki, o, bu barədə “Daily Mail”in köşə yazısında yazıb.
"Biz WhatsApp qruplarında daha çox vaxt keçirməyə başladıq ki, bu da tez-tez fəlakətli nəticələrə gətirib çıxardır. Mənə deyirlər ki, gənclər, Z nəsil, millenniallar (və ya Y nəsli ), kimdən asılı olmayaraq, sosial mediada o qədər çox vaxt keçirirlər ki, daha əyləncə gecələrinə getmirlər.
Bir vaxtlar mənim nəslimin içdiyindən daha az içirlər. Və bəlkə də bu, doğum nisbətinin kəskin azalması ilə izah olunur. "WhatsApp Qərb sivilizasiyasını məhv edir," Conson deyıb.
Almaz Həsənli
Digər xəbərlər