
Tramp Kanadanı hərbi güc tətbiq etməklə zorla ilhaq etməyəcəyini söyləyib
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Kanadanı ilhaq etmək üçün nə vaxtsa hərbi gücə əl atacağına şübhə edir. Bu barədə TASS məlumat yayıb.
Tramp qeyd edib ki, Kanada ABŞ-ın bir hissəsi olarsa, o, “dəyərli dövlətə” çevrilə bilər. O, bir çox kanadalıların ölkələrinin ABŞ-ın 51-ci ştatı olması ideyasını dəstəklədiklərini və bunun iqtisadi sabitlik və xarici təhdidlərdən qorunma gətirəcəyinə inandığını bildirib.
Eyni zamanda, Kanadanın Baş naziri Mark Karni dəfələrlə ölkənin heç vaxt ABŞ-ın bir hissəsi olmayacağını vurğulayıb.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər